UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.
Bizim.Media "Habertürk"ə istinadən xəbər verir ki, müdafiəçiyə iki oyunluq cəza verilib.
Bu isə o deməkdir ki, Demiral ən azı 1/4 finalda Niderlandla keçiriləcək oyunda meydanda olmayacaq.
Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:55 / 04.07.2024
UEFA Merih Demiralı CƏZALANDIRDI
Hazırda oxunan: UEFA Merih Demiralı CƏZALANDIRDI
Hazırda oxunan: UEFA Merih Demiralı CƏZALANDIRDI
200497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.