Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında məlumat paylaşıb.
“2️9 vilayətdə FETÖ-yə qarşı keçirilən "CİPS-20" əməliyyatlarında 108 şübhəli yaxalanıb.
FETÖ-çülərə dözməyəcəyik. Təhlükəsizlik qüvvələrimizin üstün səyləri ilə millətimizin sülhü, birliyi və həmrəyliyi üçün əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - deyə Yerlikaya qeyd edib.

Bizim.Media