Daha bir legioner “Səbail”I tərk etdi

Daha bir legioner “Səbail”I tərk etdi

Hazırda oxunan: Daha bir legioner “Səbail”I tərk etdi

200327

Bosniya və herseqovinalı müdafiəçi Adi Mehremiç “Səbail”dən ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə futbolçu İnstaqram profilində məlumat verib.  

Təcrübəli futbolçu ayrılığı ilə bağlı paylaşım edib:

“Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burada doğuldu, ona görə də mən “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm".
32 yaşlı mərkəz müdafiəçisi “Velez Mostar”, “Rujomberok”, “Sankt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla”(Krakov), “Makkabi Petah-Tikva”, “İstanbulspor”da oynadıqdan sonra “Səbail”ə keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO