“Neftçi” transfer çalışmalarını davam etdirir. Baş məşqçi Roman Qriqarçukun heyətdə görmək istədiyi və hazırda danışıqların aparıldığı legionerlərdən birinin adı məlum olub.
Bizim.Media xəbər verir ki, bu, Seku Qassamadır.
O, İspaniya nəhəngi “Barselona”nın akademiyasında futbolun sirlərini öyrənməyə başlayıb.
2007-ci ildə buradan ayrılıb və 2023-cü ilə kimi İspaniyanın müxtəlif klublarında top qovub. Onların arasında “Malaqa”, “Rasinq”, “Almeriya”, “Valensiya-B”, “Vallidolid-B” kollektivləri yer alıb. 29 yaşlı forvard ötən ilin yayında Kiprin “Anortosis” klubuna keçib. Burada son mövsüm keçirdiyi 28 matçda 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Seku “Seneqal”ın U-20 millisində də çıxış edib. Hazırda azad agent olan afrikalının “ağ qaralar”a keçmək şansı yüksəkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:54 / 03.07.2024
“Neftçi” “Malaqa”nın sabiq forvardı ilə DANIŞIQ APARIR
Hazırda oxunan: “Neftçi” “Malaqa”nın sabiq forvardı ilə DANIŞIQ APARIR
Hazırda oxunan: “Neftçi” “Malaqa”nın sabiq forvardı ilə DANIŞIQ APARIR
200205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.