Övladını görmək istəyən ananı döyən kişi haqqında cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, hadisə cari il yanvarın 6-da övladını görmək istəyən Aymaisə Quliyevanın başına gəlib. O, keçmiş həyat yoldaşı tərəfindən döyülüb.
Onun sözlərinə görə, artıq beş aydır polis orqanlarına verdiyi şikayəti ilə bağlı yekun cavab ala bilmir.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimli məlumat verib.
O bildirib ki, faktla bağla Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə cinayət işi başlanılıb:
"Cinayət işinin istintaqı yekunlaşma mərhələsindədir. Yaxın günlərdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək".
Qeyd edək ki, Aymaisə Quliyeva 2017-ci ildə Cəlal Quliyev ilə ailə həyatı qurub. 2023-cü ilin oktyabr ayında cütlüyün nikahı rəsmi olaraq pozulub. 22 noyabr 2023-cü ildə Nizami Rayon Məhkəməsi maddi sıxıntılar səbəbindən cütlüyün birgə nikahdan doğulmuş övladının "Nikahın pozulması və uşağın atanın yanında qalması"na dair Qətnamə çıxarıb. A.Quliyeva bir neçə gün sonra oğlu Camalla görüşdüyünü desə də, növbəti dəfə oğlunu görməyə gələn ana keçmiş əri Cəlal Quliyev tərəfindən şiddətə məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:32 / 01.07.2024
Keçmiş arvadını döyən kişi haqqında cinayət işi AÇILDI
Hazırda oxunan: Keçmiş arvadını döyən kişi haqqında cinayət işi AÇILDI
Hazırda oxunan: Keçmiş arvadını döyən kişi haqqında cinayət işi AÇILDI
199955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.