Yuxu həyatımızda baş verəcək hadisələrə İŞARƏDİR? – MARAQLI NÜANSLAR

Yuxu həyatımızda baş verəcək hadisələrə İŞARƏDİR? – MARAQLI NÜANSLAR

Hazırda oxunan: Yuxu həyatımızda baş verəcək hadisələrə İŞARƏDİR? – MARAQLI NÜANSLAR

199919

Bəzən oyanar – oyanmaz unutduğumuz, bəzən isə gün boyu bizə təsir edən yuxuları bir çox insanlar həyatlarında baş verən hadisələrə işarə kimi anlayırlar. Ötən gecə gördükləri yuxunu bu gün olacaq hadisələrlə əlaqəlandirməyə çalışan insanlar az deyil. Bu cür insanlarla yanaşı gördüyü yuxulara əhəmiyyət verməyib beyinin yorğun olaraq aldatması kimi adlandıranlar da var. 

Bəs həqiqətən də yuxu həyatımızda baş verəcək hadisələrə işarədirmi?

Mövzuyla bağlı suallarımızı cavablandıran psixoloq-terapist Zeynəb İsmayılova bildirib ki, müxtəlif xalq inanclarında yuxular insanın gələcək taleyi və ya qarşıdan gələn hadisələrlə bağlı ipucları daşıya bilər:

“Elmi araşdırmalar göstərir ki, yuxular çox vaxt beynin informasiya emal proseslərinin bir hissəsi kimi baş verir. Xəyallar gün ərzində yaşadığımız təcrübələrin, duyğuların və düşüncələrin bir növ işlənməsi olaraq görülür. Elmi baxımdan yuxuların funksiyaları ola bilər:

Yaddaşın konsolidasiyası

Xəyallar gün ərzində öyrəndiyimiz məlumat və təcrübələri yaddaşda cəmləşdirməyə kömək edə bilər.

Emosional generasiya 

Xəyallar emosional cəhətdən çətin təcrübələrin işlənməsinə və emosional tarazlığın əldə edilməsinə kömək edə bilər.

Problemin həlli 

Bəzi yuxular, həll olunmamış problemlərin həlli üçün şüuraltı prosesi əhatə edə bilər.

Yuxular beyni aldatma üsuludurmu?

Zeynəb İsmayılovanın sözlərinə görə mövzu bir qədər mübahisəlidir:

“Öz inancıma baxaraq desəm, yuxuların beynin aldatma forması olub-olmaması məsələsi yuxuların funksiyası, mənası ilə bağlı müxtəlif nəzəriyyə və şərhlərə əsaslanır. Yuxular beynin daxili dünyamızı kəşf etmə və anlamlandırma prosesinin bir hissəsi hesab edilə bilər”.

Qeyd edək ki, 18-60 yaş arası insanların hər gecə ən az 7 saat yatması lazımdır. Yeddi saatdan az yatan insanlarda uzun müddətdə piylənmə, ürək xəstəlikləri, insult, depressiya və diabet kimi sağlamlıq problemləri yarana bilər.

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO