Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi - FOTO

Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi - FOTO

Hazırda oxunan: Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi - FOTO

199793

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı festivalı keçirilib. 

Bizim.Media xəbər verir ki, festival Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, rəsm əsərləri, kitablar təqdim edilib və konsert təşkil olunub. 

Sərgidə 200 qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ''Anam - kəlağaydı, kəlağay - anam...'' kitabı təqdim olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO