Avro-2024-ün sürpriz komandası Gürcüstan növbəti mərhələdə öz rəqibini gözləyir. Bu oyuna isə təkcə gürcü futbolçular yox, bütün Gürcüstan hazırlaşır. 7-dən 77-dək bütün gürcülər növbəti turun həyəcanını yaşamaq üçün müxtəlif əyləncələr hazırlayırlar. İmkanlı fanatlar isə İspaniya ilə növbəti oyunu izləmək üçün Almaniyaya axışır. Bu məqsədlə Gürcüstan hava yolları çarter reysləri təşkil edib. Məqsəd odur ki, İspaniya komandası ilə növbəti oyunda stadionda daha çox gürcü azarkeş olsun.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze məlumat verib.
Onun fikrincə, gürcü futbolçularının tarix yazmağa davam etməsi üçün onlara azarkeşlərin böyük dəstəyi lazımdır:
“Aeroportlar Assosiasiyası Gürcüstan hökumətinin göstərişi ilə komandamız qrup mərhələsində Portuqaliya yığmasını məğlub edən və pley-offa vəsiqə alan kimi dərhal əlavə çarter reyslərinin planlaşdırılması üzərində işləməyə başladı”.
Bütün uçuşlar tam subsidiyalaşdırılacaq. Təyyarələr iyunun 29-da Tbilisidən Kölnə, iyulun 2-də isə əks istiqamətdə uçacaq. Bir tərəfə təyyarə biletinin qiyməti 195 avrodur.
Xatırladaq ki, Gürcüstan millisi tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsində 1/8 finala yüksəlib. Gürcülərin bu mərhələdəki rəqibi İspaniya yığması olacaq. Görüş bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İdman
14:27 / 29.06.2024
Gürcüstan hökumətindən İspaniya ilə oyun öncəsi azarkeşlərə maraqlı SÜRPRİZ
Hazırda oxunan: Gürcüstan hökumətindən İspaniya ilə oyun öncəsi azarkeşlərə maraqlı SÜRPRİZ
Hazırda oxunan: Gürcüstan hökumətindən İspaniya ilə oyun öncəsi azarkeşlərə maraqlı SÜRPRİZ
199628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.