Amerikalıların 60 faizi Baydenin namizədliyinə QARŞIDIR – SORĞU

Amerikalıların 60 faizi Baydenin namizədliyinə QARŞIDIR – SORĞU

Hazırda oxunan: Amerikalıların 60 faizi Baydenin namizədliyinə QARŞIDIR – SORĞU

199608

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Demokratlar Partiyası prezident seçkilərinə ölkənin hazırkı lideri Cozef Baydenin əvəzinə başqa namizədlə getməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Morning Consult” tərəfindən aparılan və Axios portalı tərəfindən dərc olunan sorğunun nəticələrində yer alıb.

Məlumata görə, sorğuda iştirak edən seçicilərin 60 faizi Cozef Baydenin debatlarda zəif çıxışından sonra demokratik düşərgədən prezidentliyə namizədin mütləq dəyişdirilməli olduğunu düşünür. Respondentlərin 45 faizi isə hazırkı dövlət başçısını yenidən ABŞ-ın prezidenti kimi görmək istəyir. Eyni zamanda rəyi soruşulan amerikalıların 44 faizi respublikaçı Donald Trampı dəstəkləyib. Həmçinin sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyini deyib.

Sorğuda Birləşmiş Ştatların təxminən iki minə yaxın sakini iştirak edib.
Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində ilk dəfə hazırkı və sabiq prezidentlər arasında seçkiöncəsi televiziya debatı keçirilib. CNN teleradio kompaniyasının apardığı sorğuya əsasən, debatı izləyən amerikalıların üçdə ikisi üstünlüyün Donald Trampda olduğunu söyləyib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yay aylarının sonlarında təsdiqləməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO