İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: Ölənlər və yaralananlar var – VİDEO

İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: Ölənlər və yaralananlar var – VİDEO

Hazırda oxunan: İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: Ölənlər və yaralananlar var – VİDEO

199580

Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Cekiqur şəhərində silahlı şəxslər seçki qutularını daşıyan avtomobili atəşə tutublar.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Haalvsh” “Telegram” məlumat yayıb.

Silahlı hücum nəticəsində 2 nəfər ölüb və 5 nəfər yaralanıb.

Rəsmi mənbələr bildirir ki, seçki qutularını daşıyan mikroavtobus Cekiqurdan şəhər valiliyinə hərəkət edərkən silahlı şəxslər tərəfindən atəşə tutulub.

Qeyd edək ki, İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO