Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Arif Bəhərçiyevin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bizim.Media unikal-a istinadən xəbər verir ki, ilk olaraq cinayət işində zərərçəkmiş Ramin Səfərovun anası, hüquqi varis Dilarə Tağıyeva ifadə verib:
"Münasibətlərinin pis olması barədə heç vaxt pis bir şey eşitməmişəm. Həmin gün oğlum gecə növbəsindən çıxıb bazarlıq edib evə gəldi. Bacımın yoldaşı onkoloji xəstə idi, Ramin onu rayondan gətirmişdi, sistem vurulmalı idi. Bunu deyib getdi, dedi gəlib kabab çəkəcəyəm. Getdi kömür almağa, qayıtdı gəldi. Yatanda Arifin yanında işləyən qadın var idi, nə qədər zəng etdi Raminə, oğlum durdu getdi. Gedəndə dedi ki, Gəncəyə gedəcəyəm. Bir az keçəndən sonra mən Raminin telefonuna zəng etdim. Ülviyyə adlı qadın açdı, ikinci dəfə zəng edəndə başqa bir kişi açdı telefonu, dedi Ramin uzaqdadır. Bir dəfə evə gələndə gördüm həmin qadın mənim evimdədir. Dedim ki, sənin böyük oğlanların var, burada nə gəzirsən? Mənə dedi ki, sən haradan gəldin çıxdın? Sonra dedi ki, sənin oğlunu ömürlük əlindən alacağam. Mənim oğlum şəkər xəstəsi idi, gəlirdi onun yanına. Mən Arif Bəhərçiyevdən sikayətçiyəm".
Arif Bəhərçiyev Raminlə heç bir düşmənçiliyinin olmadığını bildirdi: "Həmişə bir yerdə oturub çörək yemişik. Mən istəməzdim belə olsun".
Növbəti məhkəmə prosesi iyul ayının 15-nə təyin edildi.
Ötən il dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ünvanda aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:29 / 28.06.2024
"Oğlunu ömürlük əlindən alacağam" - İki nəfəri qətlə yetirən şəxsin məhkəməsi
Hazırda oxunan: "Oğlunu ömürlük əlindən alacağam" - İki nəfəri qətlə yetirən şəxsin məhkəməsi
Hazırda oxunan: "Oğlunu ömürlük əlindən alacağam" - İki nəfəri qətlə yetirən şəxsin məhkəməsi
199563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.