Qatarla sərnişin daşıma iki dəfə azalıb

Qatarla sərnişin daşıma iki dəfə azalıb

Hazırda oxunan: Qatarla sərnişin daşıma iki dəfə azalıb

19952

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.

Bizim.Media xəbər verir ki, bu barədə ADY-nin hesabatında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 3 ayda ən çox nə idxal edib? – RƏSMİ RƏQƏMLƏR


Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO