UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ

199399

Energetika naziri Pərviz Şahbazov ilə BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen arasında görüş olub.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə UNEP-lə Azərbaycan arasında bir çox istiqamətlər, o cümlədən COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Neft-qaz ölkəsi olaraq Azərbaycanın “yaşıl enerji” və iqlim üzrə fəaliyyəti, eləcə də “Qlobal Metan Vədi”nə qoşulması yüksək qiymətləndirilib, COP29 tədbirinə sədrliyin ölkəmizi iqlim dəyişmələrinə qarşı mübarizənin mərkəzinə çevirdiyi qeyd olunub. Söhbət zamanı COP29 sədrinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər və prioritetlərdən, həmçinin enerji aspekti üzrə beynəlxalq tərəfdaşlarla birgə həyata keçiriləcək tədbirlərdən bəhs edilib.

Azərbaycanın bərpaolunan enerji sahəsinə transformasiyasını təmin edən layihələrdən, eləcə də müxtəlif regionlarda olan “yaşıl enerji” istehsalçıları ilə istehlakçılarını birləşdirən “yaşıl enerji dəhliz”ləri və interkonnektorların enerji keçidinə töhfələrindən danışılıb. UNEP-lə metan emissiyalarının azaldılması, ölkəmizdə aqro-fotovoltaik sistemin inkişaf etdirilməsi, az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid layihəsi üzrə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-UNEP əlaqələrinin möhkəmləndirməsində COP-la yanaşı, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Ətraf Mühit Gününün roluna da toxunulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO