“2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiyada iştirak edib”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib.
Nazir bildirib ki, 2022-ci ildən etibarən sertifkatlaşdırma prosesinə başlanılıb:
“Burada məqsəd minimal peşəkar tələblərə cavab verməyən müəllimlərin maaşının digər səriştəli müəllimlərdən fərqləndirilməsidir.
2022-2024-cü illər arasında 31852 müəllim ibtidai sinif, 9892 Azərbaycan-dili və Ədəbiyyat, 8807 Riyaziyyat, 13957 nəfər isə ingilis dili fənni üzrə sertifkasiya imtahanında iştirak edib. Yüksək nəticə göstərən müəllimlər 20%, qənaətbəxş say 66%, 2-ci cəhddə keçid balını toplaya bilməyənlər isə 14% təşkil edib”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 27.06.2024
“Sertifikasiyanın 2-ci cəhdində 14 faiz müəllim keçid balını toplaya bilməyib” – NAZİR
Hazırda oxunan: “Sertifikasiyanın 2-ci cəhdində 14 faiz müəllim keçid balını toplaya bilməyib” – NAZİR
Hazırda oxunan: “Sertifikasiyanın 2-ci cəhdində 14 faiz müəllim keçid balını toplaya bilməyib” – NAZİR
199302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.