Bred Pitt Ancelina Coli ilə buna görə BARIŞMAQ İSTƏYİR 

Bred Pitt Ancelina Coli ilə buna görə BARIŞMAQ İSTƏYİR 

Hazırda oxunan: Bred Pitt Ancelina Coli ilə buna görə BARIŞMAQ İSTƏYİR 

199288

Hollivud ulduzu Bred Pitt qızları Şilo və Vivyen onun soyadından imtina etdikdən sonra uşaqları ilə münasibətlərini bərpa etmək üçün keçmiş arvadı Ancelina Coli ilə barışmaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə “In Touch Weekly” nəşrinə keçmiş cütlüyə yaxın mənbə məlumat verib. 

“Bred bu uzunmüddətli mübarizəni və rəqabəti heç təsəvvür etmirdi, o, əllərini qaldırıb və təslim olmağa hazırdır”, - deyə mənbə nəşrə bildirib. 

Məlumata görə, cütlüyün övladları ataları ilə yaxınlıq etmək istəmirlər. Mənbə qeyd edib ki, Bred Pitt uşaqlarının anası ilə mübarizəni apardığına görə peşmandır: 

“O, baş verən hər şeyə peşmandır və birlikdə olduqları müddətdə nümunəvi ər və ya ata olmadığını bilir”. Mənbənin sözlərinə görə, Pitt indi alkoqoldan uzaqlaşıb və tamamilə başqa bir insana çevrilib. O, ümid edir ki, zaman keçdikcə uşaqlar onunla münasibətlərini yeniləmək istəyəcəklər. Pitt uşaqları ilə ayrılmaqda çətinlik çəkir. Şilonun soyadından imtina etməsi xəbəri ona ciddi zərbə vurub və ürəyini qırıb. Şilonun qərarı kiçik bacısı Vivyenə də sirayət edib. 

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: övladlığa götürülən Maddoks, Zahara və Paks, həmçinin doğma uşaqları Şilo, Noks və Vivyen. Övladlığa götürülən uşaqlar uzun müddətdir ki, Pittlə əlaqə saxlamır və onunla heç bir əlaqəsi olmasını istəmirlər. Bred Pitt və Ancelina Coli boşandıqlarını hələ 2016-cı ildə elan ediblər. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO