Vaşinqtonda Linkolnun heykəli ƏRİDİ - FOTO

Vaşinqtonda Linkolnun heykəli ƏRİDİ - FOTO

Hazırda oxunan: Vaşinqtonda Linkolnun heykəli ƏRİDİ - FOTO

199201

Vaşinqtonda həddindən artıq istilər nəticəsində ABŞ-nin keçmiş prezidenti Avraam Linkolnun mum abidəsi əriyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Times Now” məlumat yayıb.

Mum nüsxəsi Harrison Junior School ərazisində yerləşir. Ölkədə havanın temperaturu 37 dərəcə isti olduğundan abidə zədələnib. Nəticədə abidənin başı və ayaqları əriyərək fiqurdan ayrılıb. 
Fiqurun dayandığı stul da istiyə tab gətirə bilməyib və əriyib. Hazırda heykəlin başında təmir işləri gedir.

Bu, Vaşinqtonun mərkəzindəki Milli Mall-da yerləşən Linkoln abidəsinin daha kiçik bir nüsxəsidir. Hündürlüyü 1,83 metr olan abidə Virciniya rəssamı Sandy Williams tərəfindən özünün Mum Abidələr seriyasının bir hissəsi olaraq yaradılıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO