Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da medalçılar müəyyənləşib.
Nicat İsgəndərli (45 kq) norveçli Abubakar Saqaya 10:6 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.
Ötən il analoji yarışda 45 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Turan Daşdəmirov bu dəfə 51 kq-da eyni nəticəni təkrarlayıb. Turan finalda ermənistanlı Yurik Mxitaryanı elə ilk hissədə xalçadan məyus yola salıb – 8:0.
Ötən il qitə birinciliyini 3-cü pillədə başa vuran Ayxan Cavadov (60 kq) bu dəfə baş mükafata yiyələnib. Həmyerlimiz ermənistanlı Aleks Marqaryanla final görüşünün ilk hissəsini 1:4 hesabıyla geridə başa vurub. Cavadov ikinci hissədə əsl əzmkarlıq göstərib. Ardıcıl 2 gözəl fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 9:4 hesabıyla qalib gələn Ayxan himnimizi Novi Sadda səsləndirib.
Yusif Əhmədli (71 kq) finalda belaruslu Kiril Valeuskiyə 3:7 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.
Səid Paşayev (92 kq) isə yarışı major notda bitirməyimizə səbəb olub. Belə ki, güləşçimiz həlledici görüşdə serbiyalı Stevan Kojiçə elə ilk hissədən üstünlük quraraq (8:0) vaxtından əvvəl qələbəni təmin edib və baş mükafata yiyələnib.
Beləliklə, yunan-Roma güləşçilərimiz AÇ-nin üçüncü günündə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:58 / 26.06.2024
Güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 1 bürünc medal
Hazırda oxunan: Güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 1 bürünc medal
Hazırda oxunan: Güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 1 bürünc medal
199199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.