Maşınla vurulan Zaqatala sakini xəstəxanada ölüb. Hadisə bir neçə gün əvvəl şəhər ərazisində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 14 yaşlı Zaqatala şəhər sakini Əkbər Alxasovu şəhərin Anar Həmidov küçəsində hərəkətdə olarkən minik avtomobili vurub.
İlkin araşdırmalarla məlum olub ki, onu Zaqatala sakini, 39 yaşlı Abdulla Ömərovun idarə etdiyi “Toyota” markalı avtomobil vurub.
Hadisə şahidlərinin köməyi ilə 14 yaşlı yeniyetmə dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra cərrahiyyə korpusunun reanimasiya şöbəsində yerləşdirilib.
Ötən 4 gün ərzində qəzada xəsarət alan yeniyetməyə bütün tibbi müalicələr təyin edilib və həyata keçirilib. Lakin bu gün həkimlərin səyinə rəğmən o vəfat edib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:08 / 26.06.2024
Zaqatalada maşın vuran yeniyetmə 4 gün sonra VƏFAT ETDİ
Hazırda oxunan: Zaqatalada maşın vuran yeniyetmə 4 gün sonra VƏFAT ETDİ
Hazırda oxunan: Zaqatalada maşın vuran yeniyetmə 4 gün sonra VƏFAT ETDİ
199184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.