Şəbnəm:

Şəbnəm: "Qaymağı" məclisinə "qaymaqlar", "qatığı" isə "qatıqlar" çağırır" - VİDEO

Hazırda oxunan: Şəbnəm: "Qaymağı" məclisinə "qaymaqlar", "qatığı" isə "qatıqlar" çağırır" - VİDEO

199169

"Hər zaman "qaymaq" az, "qatıq, ayran, süd" isə çox olub".

Bizim.Media xəbər verir ki, bu sözləri  Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Keyfiyyətli və savadlı musiqilər ifa edən sənətkarları "qaymaq" adlandıran sənətçi özünəməxsus şəkildə şou-biznes nümayəndələrini "saf-çürük" edib:

"Bahalı malın alıcısı hər zaman az olur. Şou-biznesdə "qaymaq" sənətçilər azdır. Amma insanların "qatığa da, ayrana da, südə də ehtiyacı var".

N.Ələsgərlinin bu fikirlərinə isə proqramda qonaq olan həmkarı Şəbnəm Tovuzlu isə bu cür reaksiya verib:

""Qaymağı" məclisinə "qaymaq" çağırır, "qatığı" da "qatıq". İfaçılar tanıyıram ki, insanlar onlara baxıb gülür. Demək, bunu evinə və ailəsinə rəva bilənlər Nüşabə xanımın dedikləridir".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO