Blinkenin köməkçisi Azərbaycana səfər edəcək

Blinkenin köməkçisi Azərbaycana səfər edəcək

Hazırda oxunan: Blinkenin köməkçisi Azərbaycana səfər edəcək

199164

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, iyunun 27-29 tarixləri arasında paytaxt Bakıda və Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaq.

O'Braynın Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşü planlaşdırılıb. Görüş çərçivəsində ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyiş və ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesinə verdiyi dəstək müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO