Lerikdə torpaq SÜRÜŞMƏSİ olub

Lerikdə torpaq SÜRÜŞMƏSİ olub

Hazırda oxunan: Lerikdə torpaq SÜRÜŞMƏSİ olub

199151

Lerikdə torpaq sürüşməsi olub.

Bizim.Media xəbər verir ki, nəticədə Lənkəran-Lerik yolu bağlanıb. Hazırda ərazidə texnikalar işləyir.

Belə ki, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi Lerik rayonunda güclü leysanla müşayiət olunub. Dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib. Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 km-də, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə texnikalar və canlı qüvvə cəlb olunub. Yolun qismən açıldığı bildirilir.

Kənd sakinləri belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Kənd ərazisinə düşən dolunun taxılçılığa ciddi ziyan vuracağı qeyd olunur. Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir. Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.

Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO