Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib - FOTO

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib - FOTO

Hazırda oxunan: Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib - FOTO

199125

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.media-nın Qarabağ bürosuna verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Bundan başqa Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qacar kəndi ərazisində yabanı halda bitən 3 tondan artıq 6832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.




Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO