Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub - FOTO/VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub - FOTO/VİDEO

Hazırda oxunan: Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub - FOTO/VİDEO

199121

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. Əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.

Bizim.Media xəbər verir ki, Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzərək ehtiram nümayiş etdirib.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarına gül dəstələri qoyulub.
Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin İkinci Şəhidlər Xiyabanında məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət, həmçinin şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO