Aydın Sani

Aydın Sani "OD PÜSKÜRDÜ": ""Xanımcığazlar" zövqsüz ifaları ilə nə qədər insanı bədbəxt ediblər" - VİDEO

Hazırda oxunan: Aydın Sani "OD PÜSKÜRDÜ": ""Xanımcığazlar" zövqsüz ifaları ilə nə qədər insanı bədbəxt ediblər" - VİDEO

198859

""Qlamurkalar", özünü çöldə qoyan "xanımcığazlar" çıxıb efirə deyirlər ki, mənim səsim var. Sən kimsən? Sən bir gün çıxıb oxumursan axı... Sən bilirsən nə qədər insanın zövqünü bədbəxt edirsən? Belə etməklə hara qədər gedəcəksən? Bununla nə etmək istəyirsən? Mənim belə ifaçılar arasında ürəyim sıxılır. Bu, özündən razılıq əlaməti deyil. Əgər mənə desələr ki, “biz bu axını silsək sən də onun içində gedəcəksən”, and olsun Allaha ki, buna razıyam. Mən orada birinci könüllülərdənəm. Əgər kiminsə zövqünü korlamışamsa..."

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi zövq korlayan ifaçıları efir vasitəsilə sərt şəkildə tənqid edib:

"Mənim bu gün də ürəyim bu cür ifaçılara və onların oxuduğu zövqsüz mahnılara bulanır. Bu, barışmaq deyil. Onları vicdansız adlandırmaq olmaz. Sadəcə bizim vicdanımız sızıldayır. Mən bunu demək istəyirəm. Bu cür ifaçılar çoxdur. Birdən deyərlər ki, “bu özü kimdir axı, belə böyük-böyük danışır”. Əzizlərim, əgər bu, sizi narahat edirsə, arxayın olun, tamaşaçı deyilən bir məvhum, xalq var. Məsləhət olsa, əgər mən də zövq korlamışamsa və o zövq korlayanlar arasındayamsa, sizin önünüzdə bayraq tutub gedəcəyəm.

Qoy, bizim efirlərimiz bu cür zövqsüz ifaçılardan təmizlənsin. Heç kim öz ayranına turş deməz. Amma özüm öz vicdansızlığımı görsəm and olsun Allahıma ki, mən gedərəm. Mən bu gün efirə gəlmək istəmirdim. Gəldim və çox peşiman oldum. Bəli, bu gün, istəmirəm! Kimin mənə bu qonaqlar arasında öz narazıçılığı varsa, özüm də burdayam nömrəm də açıqdır. Efir təkcə fonoqramma oxumaqdan ibarət deyil. Efir səndən kübar və gözəl şəkildə oturuşu-duruşu istəyir.

Mən indi çox əziyyət çəkirəm və yaşlı sənətkarlarımızı anlayıram ki, niyə dişlərini bərk-bərk sıxıb, kənarda "fısıldayırlar" və əsəbdən el dili ilə desək "zəncir çeynəyirlər"".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO