“Bu gecə cinayətkar dəstə üzvlərinin basqını zamanı öldürülən 54 yaşlı müəllimə Gülnarə Hüseynova ötən gün iş yoldaşının toyunda olub. Toyda o qədər fəal iştirak edib, oynayıb ki... Səhər bu xəbəri eşidəndə donub qaldıq, sarsıldıq."
Bu sözləri Şabran şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarovun adını daşıyan 3 saylı məktəbin direktoru Fidan Fərzəliyeva Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Şabranda evə BASQIN: Ölən və yaralanan var
Onun sözlərinə görə, mərhum 30 ilə yaxın idi ki, ibtidai sinif müəllimi idi.
Qeyd edək ki, Arif və Gülnar Hüseynovların 2 qızı var. Ərlə arvad gecə yuxuda olarkən onlara basqın edilib. Nəticədə onların hər ikisi dünyasını dəyişib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb, digər üç nəfərin axtarışları isə davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu