Qaxda yük maşını ağaca çırpıldı - XƏSARƏT ALAN VAR

Qaxda yük maşını ağaca çırpıldı - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Qaxda yük maşını ağaca çırpıldı - XƏSARƏT ALAN VAR

198697

Qaxda yük maşınının ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 4 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon sakini 1966-cı il təvəllüdlü Nəsib Mamed oğlu Mustafayevin idarə etdiyi "Mercedes Atego" markalı 90-LR-851 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı maşında olan sərnişin Balakən rayon sakini 1985-ci il təvəllüdlü Əli Nizami oğlu Dato xəsarət alıb və o, maşının kabinəsində sıxılmış vəziyyətdə qalıb.

Ə.Dato Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Qax Rayon Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Ə.Dato Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO