Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirdi - FOTO

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirdi - FOTO

198649

Azərbaycanlı xeyriyyəçi Tural Şahbazlı Türkiyə ordusunun iyunun 21-də İraqın şimalında terrorçularla döyüş zamanı şəhid olmuş serjantı Mehmet Ali Horozun vəsiyyətini yerinə yetirib.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, türkiyəli hərbçi ölümündən üç gün əvvəl yayımladığı videoda həlak olacağı təqdirdə Afrika ölkələrindən birinin sakinləri üçün quyu qazmağı xahiş edib.

Şəhidin vəsiyyətini azərbaycanlı Tural Şahbazlı həyata keçirib və onun təşəbbüsü ilə Kamerunun Asiyeba kəndinin sakinləri üçün quyu qazılıb.
Xeyriyyəçi Afrika kəndində aparılan işlərin görüntülərini əks etdirən videonu şəxsən şəhidin yaxınlarına təhvil verib.

Qəhrəmanın atası və böyük qardaşı videoya baxarkən göz yaşlarını tuta bilməyiblər.

Şahbazlı isə jurnalistlərə bildirib ki, onun özü türk hərbçisi həlak olduğu vaxt Azərbaycanda olub:

“O vaxt Kamerunda atamın xatirəsinə quyu qazırdılar. Ancaq türkiyəli hərbçinin vəsiyyəti olan videonu görəndən sonra Türkiyədən olan şəhidin vəsiyyətini yerinə yetirmək qərarına gəldim”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO