Xırdalanda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi

Xırdalanda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi

Hazırda oxunan: Xırdalanda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi

198603

Xırdalanda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində doqquz ədəd sayğac, 12 ədəd qoruyucu açar və üç p.m kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO