Ölkə ərazisində iyunun 23-ü saat 9:00-a olan hava məlumatı açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildiriblər ki, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 millimetrədək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:09 / 23.06.2024
FAKTİKİ HAVA: Şahdağa qar yağdı
Hazırda oxunan: FAKTİKİ HAVA: Şahdağa qar yağdı
Hazırda oxunan: FAKTİKİ HAVA: Şahdağa qar yağdı
198590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.