Azərbaycan avarçəkəni Avropa çempionu olub

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Hazırda oxunan: Azərbaycan avarçəkəni Avropa çempionu olub

198453

Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və "beach sprint" üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.

Bizim.Media xəbər verir ki, yığma komandanın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.

Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb.

Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO