Leysan yağışları və dolu Oğuzda təsərrüfatlara ziyan vurdu - VİDEO

Leysan yağışları və dolu Oğuzda təsərrüfatlara ziyan vurdu - VİDEO

Hazırda oxunan: Leysan yağışları və dolu Oğuzda təsərrüfatlara ziyan vurdu - VİDEO

198428

Ötən gün axşam saatlarından başlayaraq Oğuzun bir sıra kəndlərinə leysan yağıb, dolu düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, leysan və dolu əsasən rayonun Xaçmaz və Filfilli kəndlərinin bostan-tərəvəz təsərrüfatlarına, eləcə də meyvə bağlarına ziyan vurub.

Sakinlərinin sözlərinə görə, son iki ayda belə hallar bir neçə dəfə müşahidə edilib və artıq onların təsərrüfatlarında nə meyvə qalıb, nə də bostan-tərəvəz məhsulları. 

Bundan sonra isə bostan-tərəvəz yetişdirməyin çətin olduğunu bildirən sakinlər mal-qara üçün ot ehtiyatı da görməyin çətinləşdiyini söyləyiblər.

Qeyd edək ki, güclü küləklə müşahidə olunan leysan yağışları və dolu kəndlərlə yanaşı, rayon mərkəzində də müşahidə edilib.  Lakin qısamüddətli olduğundan hər hansı bir fəsad qeydə alınmayıb.
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO