AVRO-2024: Daha üç oyun keçiriləcək

AVRO-2024: Daha üç oyun keçiriləcək

Hazırda oxunan: AVRO-2024: Daha üç oyun keçiriləcək

198261

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq. 

Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq. 

Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar. 
D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub. 

Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək. 

AVRO-2024 

21 iyun 

II tur 

E qrupu 

17:00. Slovakiya - Ukrayna 

Baş hakim: Maykl Oliver (İngiltərə). 

Düsseldorf, "Esprit Arena". 

D qrupu 

20:00. Polşa - Avstriya 

Baş hakim: Halil Umut Meler (Türkiyə). 

Berlin Olimpiya Stadionu. 

23:00. Niderland - Fransa 

Baş hakim: Entoni Teylor (İngiltərə). 

Leyptsiq, "Red Bull Arena". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO