Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “pikap” tipli “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.
Qəza zamanı avtomobilin sürücüsü, Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü H.Medat, sərnişinlər - 1975-ci il təvəllüdlü R.Səmədov, 1986-cı il təvəllüdlü Ə.Əsgərov, 1975-ci il təvəllüdlü T.Səmədov və 1977-ci il təvəllüdlü F.İlyasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətlərinin stabil olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlar Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
00:55 / 21.06.2024
Göygöl-Toğanalı-Kəlbəcər yolunda “pikap” AŞDI - 5 nəfər xəsarət aldı
Hazırda oxunan: Göygöl-Toğanalı-Kəlbəcər yolunda “pikap” AŞDI - 5 nəfər xəsarət aldı
Hazırda oxunan: Göygöl-Toğanalı-Kəlbəcər yolunda “pikap” AŞDI - 5 nəfər xəsarət aldı
198257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.