“Beşiktaş” ispaniyalı müdafiəçi TRANSFER EDİR

“Beşiktaş” ispaniyalı müdafiəçi TRANSFER EDİR

Hazırda oxunan: “Beşiktaş” ispaniyalı müdafiəçi TRANSFER EDİR

198256

Yeni mövsüm üçün iddialı heyət qurmağı hədəfləyən "Beşiktaş" müdafiə xəttini gücləndirməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Malyorka"da çıxış edən Joze Kopeteni transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" 24 yaşlı mərkəz müdafiəçisi üçün yaxın günlərdə İspaniya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Malyorda Joze Kopeteni 2022-ci ilin yayında "Ponferradina"dan transfer edib. İspan futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO