Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

Hazırda oxunan: Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

198185

İyulun 21-də futbol üzrə Amerika Kuboku (Copa Amerika) start götürəcək.

Bizim.Media xəbər verir ki, turnir Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (CONCACAF) birgə təşkilatçılığı ilə keçiriləcək.

48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparacaq. Açılış matçında son çempion Argentina Kanadanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə gecə saat 04:00-da başlayacaq.

Qrupların tərkibi

A qrupu: Argentina, Kanada, Peru, Çili

B qrupu: Venesuela, Yamayka, Ekvador, Meksika

C qrupu: Uruqvay, ABŞ, Panama, Boliviya

D qrupu: Braziliya, Paraqvay, Kolumbiya, Kosta Rika

Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi edəcəyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO