Meyxanaçı Tərlan Novxanı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, söz xiridarı qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, Xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxumaq arzusundadır.
“Bu neçə illər müddətində duet oxumaq istədiyim müğənnilər haqda çox düşünmüşəm. Bizim “A” kateqoriyalı müğənnilərimiz var. Mənim bir hədəfim ola bilər ki, o xanımla duet oxuyum. Bilirəm ki, onunla da duet oxumağım alınmaz. Amma onun adını açıqlayacağam. Bu, Zülfiyyə Xanbabayevadır. Bilirsiniz niyə? Çünki onunla bəlkə də heç kim risk edib duet oxumaz. Söhbət bizim təbəqədən, yəni meyxana sənətçilərindən gedir. Röya Ayxan mənim sevdiyim sənətçidir. Hətta xəyallarımda onunla da duet oxumaq fikrim var idi. Amma mən fərqlənmək istəyirəm. Standartlara getməyim. İstəmək pis yox, yaxşı şeydir”, - deyə Tərlan vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media