“Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – FOTO

“Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – FOTO

Hazırda oxunan: “Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – FOTO

198152

“Araz” supermarketlərində tərkibində bakteriya aşkarlanan dondurmalar endirimlə satışa çıxarılıb.

Bizim.Media "bakupost"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

İstifadəçilər marketin bu addımından narazılıq edərək, satılan dondurmaların keyfiyyətinə nəzarət olunmadığını bildiriblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, burada konkret müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir:

“Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq.

Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
43 dondurma nümunəsində isə hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Onu da qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO