Bədii gimnastlarımız beynəlxalq turnirdə 13 medal qazandılar - FOTO-VİDEO

Bədii gimnastlarımız beynəlxalq turnirdə 13 medal qazandılar - FOTO-VİDEO

Hazırda oxunan: Bədii gimnastlarımız beynəlxalq turnirdə 13 medal qazandılar - FOTO-VİDEO

198146

Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.

15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.

Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov yarışın kifayət qədər rəqabətli keçdiyini bildirib: “İlk dəfədir bu turnirdə mübarizə aparırdıq. Ümumilikdə 13 gimnast ölkəmizi təmsil edirdi. Bu cür beynəlxalq turnirlərdə iştirak etmək idmançılar üçün böyük fürsətdir”.
 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO