Azərbaycan idmançısına “Paris-2024”də iştirak hüququ verildi

Azərbaycan idmançısına “Paris-2024”də iştirak hüququ verildi

Hazırda oxunan: Azərbaycan idmançısına “Paris-2024”də iştirak hüququ verildi

198128

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən (MPK) Bizim.Media-ya verilən məlumata görə, Beynəlxalq Paralimpiya Komitəsi MPK tərəfindən göndərilən sorğuya müsbət cavab verib.

Bununla da Azərbaycanın Paralimpiya, dünya və Avropa çempionu “Paris-2024”də iştirak hüququ ("bipartite") əldə edib.
V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO