Daha bir sayğac oğrusuna hökm oxundu

Daha bir sayğac oğrusuna hökm oxundu

Hazırda oxunan: Daha bir sayğac oğrusuna hökm oxundu

19811

“Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qazdan qanunsuz istifadə halları araşdırılır


O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə Birliyə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 11 mart 2021-ci il tarixdə qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.

Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO