Niyam: “Anam sağikən Kərimin efirdə “Şeytan” deməsi məni yandırıb, tökdü”

Niyam: “Anam sağikən Kərimin efirdə “Şeytan” deməsi məni yandırıb, tökdü”

Hazırda oxunan: Niyam: “Anam sağikən Kərimin efirdə “Şeytan” deməsi məni yandırıb, tökdü”

198082

“Mənim Kərimlə qalmaqalımın səbəbi ya çox istəməkdən, ya da ki əksinə istəməməkdən irəli gəlir. Bir insanı çox istəyəndə qısqanc olursan və onu kimləsə bölüşmək istəmirsən. Kərim özü də bilir ki, özündən başqa onun övladı Yusifi və xanımı Təranəni nə qədər çox istəyirəm. Hətta onlara bu yaxın zamanlara qədər də zəng edib, danışırdım. Amma artıq 2 ildir ki, bunu etmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi qalmaqal yaşadığı həmkarı Kərim Abbasovdan bəhs edib. Niyam uzun zamandır danışmadığı Kərimlə küsülülüyünün səbəblərini gün üzünə çıxarıb. Salami bildirib ki, anasının sağlığında Abbasovun efirdə onu “şeytan” adlandırması zərbə vurub: 

“Mənim Kərimlə elə xasiyyətimiz var ki, heç kim aramıza girib bizim aramızı vura bilməz. Nə olubsa da öz aramızda olub. Bir etiraf edim ki, bəstəkar və mənim çox yaxın dostum mərhum Nailə Mirməmmədli əkizlər bürcü idi. Təkcə onunla mən yola gedə bilirdim. Amma Kərimlə yola gedə bilmirəm. Əkizlər hər zaman dolçalara etibar edə bilir. Əkizlər özlərini dolçaların yanında yaxşı hiss edir. Bilirlər ki, araqatan, xəbərçi deyillər. Niyə axı rahat olmasınlar? Mən hər bir insanın xanımına bacı demərəm. Ona demişəm ki, “Sən papağını at göyə və gözlə ki, nə vaxt o papaq sənin xanımının yanında yerə düşər”. Mənim heç nə xətrimə dəyməzdi, amma anam sağikən Kərimin efirə çıxıb haqqımda “Şeytan” deməsi məni yandırıb, tökdü. Kərim dedi ki, “Şeytanı evimə buraxmışam”. Gör mən nə qədər şeytanlıq etmişəm ki... Biz şeytanı gündə dəfələrlə lənətləyirik. Deyirik ki, “Allah şeytana lənət etsin”.

Gör indi mən nə qədər lənətlənmiş olmuşam ki, Kərim məni efirdə “şeytan” adlandırıb. Mən onsuz da özümə 10 il vaxt qoymuşam. 10 ildən sonra bu dünya dağılacaq. Dünya dağılacaq, mən də öləcəyəm. Bir insan gərək elə pislik etməsin ki, sonra onu qarşı tərəf bağışlaya bilsin. Mən Kərimə mənə qoyduğu hörmət qədər onu çox istəyirəm. Heç kimin ürəyimdə yeri yoxdur, beynimdə yeri var. Kərim də mənim beynimdədir və onu təmizləyə, silə bilmirəm. O mənim beynimə daxil olub və orada silinməz izlər buraxıb. Mən Kərimə “Kera” deyə müraciət edirəm. Bu həyatda “ölüm” adlanan bir məhvum var. 47 yaşım var və onu anladım ki, valideyinlərimi, cavan qardaşımı itirdim. Dostum, əgər bu dünyada ölüm varsa, mən də öləcəyəm və sən də olmayacaqsan,... Biz bir-birimizə bu aqressiyanı niyə yaratmalıyıq?”. 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO