"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

Hazırda oxunan: "Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

197974

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

Bizim.Media-nın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.

Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO