“Şerif”in baş məşqçisi: ““Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir”

“Şerif”in baş məşqçisi: ““Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir”

Hazırda oxunan: “Şerif”in baş məşqçisi: ““Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir”

197946

“Avropa Liqasında zəif komanda olmur. Azərbaycan “Zirə” klubu püşkatma ilə bizimlə oyuna düşən ən ciddi rəqiblərdən biridir”.

Bizim.Media xəbər verir ki, bu fikri mətbuata açıqlamasında UEFA Avropa Liqasında I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Moldovanın "Şerif" klubunun baş məşqçisi Yuri Qura söyləyib.

Onun sözlərinə görə, “Zirə” çox mütəşəkkil komandadır, öz çempionatında az qol vurur, eyni zamanda, az qol buraxır. "Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq", - deyə Qura əlavə edib.
"Şerif"in çalışdırıcısı daha sonra deyib: “Hazırda səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk oyunu harada keçirməyimizi nəzərə alsaq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur".

Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO