Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edildi – FOTO  

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edildi – FOTO  

Hazırda oxunan: Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edildi – FOTO  

197855

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, mərasimdə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar.

Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb. 

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO