İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Serbiya ilə keçirəcəkləri matçdan danışıb.
Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, o, rəqibin güclü komanda olduğunu deyib:
"Çox çətin matç keçirəcəyik. Serbiya millisinin yaxşı fərdi oyunçuları və fantastik komanda ruhu var. Bilirik ki, bizim üçün çətin oyundur. Bu matçda qalib gəlmək üçün əlimizdən gələni etməliyik.
Draqan Stoykoviçin müxtəlif variantları var. Bilirik ki, onlar müxtəlif taktikalarla oynaya bilirlər və hücumçuları istənilən komandaya problem yarada bilər. Onların müəyyən bir oyun üslubu var. Biz güclü tərəflərimizin öhdəsindən gəlməyi bacarmalıyıq və rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq”.
Qeyd edək ki, İngiltərə - Serbiya oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media