Ginekoloqları robotlar ƏVƏZ EDƏCƏK

Ginekoloqları robotlar ƏVƏZ EDƏCƏK

Hazırda oxunan: Ginekoloqları robotlar ƏVƏZ EDƏCƏK

197303

Süni intellekt hər sahədə olduğu kimi mamalıq və ginekologiya sahəsində də işə başlayır.

Bizim.Media “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu türkiyəli professor Bülent Tıraş Kiprdə təşkil edilən Türk Qadın Xəstəlikləri və Doğum Dərnəyinin konqresində deyib.

Professor o günləri görüb-görə bilməyəcəyini vurğulasa da, bildirib ki, yaxın gələcəkdə ginekoloqların yerinə robotlar doğuş prosesini həyata keçirəcək.

Süni intellektin sağlam sperma seçimində də aktiv olduğunu ifadə edən Bülent Tıraş bildirib ki, artıq robotlar mama-ginekoloqları sıradan çıxarıb:

“Embrioloqlar laboratoriyada ən sağlam, ən hərəkətli spermanı seçirdilər. Amma indi süni intellekt onların hamısını skan edir və ən sağlam spermanın görünüşlərini özündə saxlayır, onun yaddaşı hansının istifadə oluna biləcəyini bizə deyir.
ICSI dediyimiz mikroinyeksiya əsasında robotlar və süni intellektin birləşməsi ilə yumurtaya sperma yeridilməsi də robotlar tərəfindən həyata keçirilir. Spermanın yumurtaya yeridilməsində robot embrioloqları əvəz edir, ən yaxşı yumurta və spermanı seçir və yeridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO