1-ci Qarabağ müharibəsində döyüşən sabiq icra başçısı vəfat etdi – FOTO

1-ci Qarabağ müharibəsində döyüşən sabiq icra başçısı vəfat etdi – FOTO

Hazırda oxunan: 1-ci Qarabağ müharibəsində döyüşən sabiq icra başçısı vəfat etdi – FOTO

19726

Ötən gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Akif Səlimov aprelin 30-u saat 11:50 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, Akif Səlimov 1-ci Qarabağ müharibəsində Laçın və Füzuli cəbhəsində böyük döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmiş Laçın polisinin komandiri olmuş, uzun illər Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında polis şöbəsinin rəisi, təqaüdə çıxmazdan öncə isə Laçın rayonunun icra başçısı vəzifələrində çalışıb.

Birinci Qarabağ müharibəsindən bəhs edən “Cığırlar birləşsələr”, “Ora Vətəndir” kitablarının müəllifidir.

Mərhumun Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunacağı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO