“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası” TƏSDİQLƏNDİ

“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası” TƏSDİQLƏNDİ

Hazırda oxunan: “Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası” TƏSDİQLƏNDİ

197148

Nazirlər Kabinetində “Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qayda “Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun hazırlanıb, meliorasiya və irriqasiya sistemlərinin kadastrının formalaşdırılması və aparılması qaydasını müəyyən edir.

Meliorasiya və irriqasiya sistemlərinin kadastrı meliorasiya və irriqasiya sistemlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, ilkin və yenilənən məlumatların qeydə alınmasıdır. 

Belə ki, Meliorasiya və irriqasiya sistemlərinin kadastrına aşağıdakı məlumatlar daxil ediləcək:

- meliorasiya və irriqasiya sistemlərinin mülkiyyətçisi (balanssaxlayıcısı) olan hüquqi şəxsin (idarənin, təşkilatın) adı, hüquqi ünvanı və fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi;

-meliorasiya və irriqasiya sistemlərinin təyinatından və istifadə rejimindən asılı olaraq adı və növü;

- meliorasiya və irriqasiya sistemlərinin texniki göstəriciləri;

- meliorasiya və irriqasiya sistemlərinin üzərindəki qurğuların adı və növü;

- meliorasiya və irriqasiya sistemlərinin yerləşdiyi ərazi vahidinin adı, xidmət etdiyi ərazi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar;

- meliorasiya və irriqasiya sistemlərinin texniki vəziyyəti və balans dəyəri;

- meliorasiya və irriqasiya sistemlərinin aşınma dəyəri;

- meliorasiya və irriqasiya sistemləri kadastrının məlumat bazasında toplanmış informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO