Təhsil tələbə krediti alanların sayı AÇIQLANDI

Təhsil tələbə krediti alanların sayı AÇIQLANDI

Hazırda oxunan: Təhsil tələbə krediti alanların sayı AÇIQLANDI

197133

Son iki tədris ilində tələbə kreditindən yararlanan məzunların sayı 3500-dən çoxdur.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov deyib.

O bildirib ki, həm sosial, həm də standart kredit üzrə güzəştlər var:

“Sosial kredit alan tələbə semestr üzrə ümumi orta müvəffəqiyyət göstəricisi olaraq 71 bal toplayarsa, həmin semestr üzrə gələcəkdə geri ödəmə vaxtı faiz hesablanmır. Əgər tələbə bütün semestrlər üzrə 91 bal üzəri nəticə əldə edərsə, təhsilini əlaçı olaraq başa vurarsa, bu zaman onun aldığı kreditin 50%-i bağışlanır:

“Standart tələbə kreditində isə vəziyyət fərqlidir. Tələbənin kredit aldığı semestrin sonunda ümumi orta müvəffəqiyyət göstəricisi 91 və üzərində olarsa, həmin semestr üzrə vəsait üçün faiz hersablanmır. Bütün semestrlər üzrə əlaçı olan tələbələrə isə standart kredit vəsaitinin 25 faizi bağışlanır”.

Onun sözlərinə görə, iki ilin nəticəsi olaraq tələbə kreditindən yararlanan məzunların sayı 3500-dən çoxdur:

“Bu, 6500-dən çox müqavilə deməkdir. Onların sırasında 164 tranş üzrə 50 faiz güzəşt təbiq edilib. 367 tranş üzrə isə 25 faiz güzəşt edilib. 2301 tranş üzrə faizin hesablanması dayandırılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO