Qubada sel yolları yudu, körpünü uçurdu - FOTO/VİDEO

Qubada sel yolları yudu, körpünü uçurdu - FOTO/VİDEO

Hazırda oxunan: Qubada sel yolları yudu, körpünü uçurdu - FOTO/VİDEO

197110

Son iki gündə Qubanın dağlıq Qonaqkənd-Xaltan-Qarxun kəndləri istiqamətində yerləşən kəndlərə güclü yağışdan sonra sel gəlib və yol infrastrukturuna ziyan dəyib.

Bizim.Media xəbər verir ki, sel suları Xaltan, Adur, Qarxun, Dərk yollarını yuyub aparıb. Qarxun kəndi ilə Dərk kəndini burləşdirən körpü uçub.

Qubadakı 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinun rəisi Hikmət Seyidov faktı təsdiqləyib.
Onun sözlərinə görə, selin fəsadları qismən aradan qaldırılıb və bərpa işləri davam etdirilir.

Onun sözlərinə görə, hava şəraiti imkan versə, iyunun 15-də Qarxun körpüsü bərpa ediləcək:

"Sabah da bu ərazidən güclü selin keçəcəyi gözlənilir".
 
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO